“Pandemiya uşaqlara da çətin günlər yaşadıb” - UNİCEF rəsmisi

“Pandemiya uşaqlara da çətin günlər yaşadıb” -  UNİCEF rəsmisi
  01 İyun 2021    Oxunub:1071
Koronavirus pandemiyası uşaqlara çox çətin günlər yaşadıb. Bu, onların sağlamlığına, təhsilinə təsirsiz ötüşməyib.
Azvision.az xəbər verir ki, bunu UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bu gün keçirilən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim-mənim hüquqlarım” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bununla yanaşı, pandemiyabir çox ailələrə maddi çətinlik də gətirib:

“Həmin ailələrin fərdləri çətinliklə qarşılaşıb. Uşaqlar imkan vermədi ki, virus onların həyatını tam dayandırsın. Yeni şəraitə uyğunlaşaraq onlayn dərslərə, digər tədbirlərə qoşuldular. İcmalar vasitəsilə onlayn şəkildə koronavirusla mübarizə məqsədilə məlumatlar paylaşıldı. Uşaqlar valideynlərinə çətin pandemiya şəraitini asanlaşdırmaq üçün dəstək olmağa çalışırdılar. Bu zamanda uşaqların sağlam yaşam hüququ, təhsil hüququ qorunub. Biz hər zaman uşaqların fikirlərini dinləyib, onlar barədə verəcəyimiz qərarlarda nəzərə alırıq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Uşaq  





Xəbər lenti