Bir gecədə 12 maşından oğurluq etdi - VİDEO

Bir gecədə 12 maşından oğurluq etdi -    VİDEO
  01 İyun 2021    Oxunub:1552
Paytaxtın Nizami rayonunda bir gecədə 12 avtomobilin yan şüşəsini sındıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, rayon ərazisində nəqliyyat vasitələrinin yan şüşələri sındırılaraq avtomobillərin salonlarında olan pul və digər qiymətli əşyalar oğurlanıb. Bu barədə zərərçəkən şəxslər Nizami Rayon Polis İdarəsi və 25-ci Polis Şöbəsinə müraciət edərərək hadisəni törədən şəxsin tutularaq məsuliyyətə cəlb edilməsini xahiş ediblər.



Qeyd olunan hadisələr dərhal nəzarətə götürülüb və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti Bölüyü (PPXB) və 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elgün Şirinzadə saxlanılıb. O, gecə saatlarında növbəti dəfə avtomobillərdən birinin şüşəsini sındırıb hadisə yerindəın qaçmaq istəyərkən Nizami RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən tutularaq 25-ci Polis Şöbəsinə təhvil verilib. Araşdırma zamanı Elgün Şirinzadənin may ayının 31-nə keçən gecə təkcə Nizami rayonunda 12 nəqliyyat vasitəsinin yan şüşələrini sındıraraq oğurluq etdiyi müəyyən edilib. Bundan başqa onun keçən ayın əvvəllərində paytaxt ərazisində daha 3 avtomobildən eyni usulla oğurluq etdiyi məlum olub.



Elgün Şirinzadə barəsində 25-ci Polis Şöbəsində toplanan materiallar arşadırılması üçün Nizami Rayon Polis İdarəsinə təqdim edilib. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. "Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", deyə DİN-dən bildirilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti