Yay məktəbi necə təşkil olunacaq? - Nazirlik rəsmisi açıqladı

 Yay məktəbi necə təşkil olunacaq? -  Nazirlik rəsmisi açıqladı
  01 İyun 2021    Oxunub:1573
Yay məktəbi dövründə şagirdlərin məktəbli formasında gəlməsi tələb olunmayacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, yay məktəbi tədris ili ərzində keçirilənlərin ümumiləşdirilməsi, zəruri bilik və bacarıqların möhkəmləndirilməsi üzərində qurulur.

Fransada 15 yaşlı yeniyetmə döyülərək öldürülüb
“Burada yeganə proqram olmayacaq. Əgər az sayda uşaq olarsa paralel siniflərin birləşdirilməsi, optimallaşdırma aparılması nəzərdə tutulur. Bütün sinif müraciət edərsə, o zaman yarımqruplar şəklində təkil olunacaq. Yay məktəbinə 1-ci sinifdən başlayaraq 10-cu sinifə qədər hər kəsi dəvət edirik. “Hava istidir” deyə arqument gətirməyə ehtiyac yoxdur. Öyrənmə fəslə bağlı prosses olmamalıdır. Mövsümün tələblərinə uyğun geyinməklə, davranış nümayiş etirməklə öyrənmək mümkündür”.

V.Yaqublu qeyd edib ki, iyun ayının sonuna qədər müəllimlər dərs yükünə uyğun maaş alırlar. “Onlara əlavə ödəniş nəzərdə tutulmur. Müəyyən rəğbətləndirmə tədbirləri ola bilər. Yay məktəbi 10 günlük nəzərdə tutulub və iyul, avqust aylarında keçirilməyəcək. Yay məktəbini açıq havada, böyük ağacın altında keçirmək yaxşı ideyadır. Amma məktəbdən kənar yerdə dərsin keçirilməsi müəyyən çətinliklər yarada bilər".

Aytən Zəhra
Azvision.az




Teqlər: Məktəb   Təhsil  





Xəbər lenti