“Ermənistanla Azərbaycan arasında sülhün bərpasına çalışacağıq” - Makron

“Ermənistanla Azərbaycan arasında sülhün bərpasına çalışacağıq” -  Makron
  01 İyun 2021    Oxunub:914
Fransa Ermənistanla Azərbaycan arasında sülhün bərpasına və dialoqun inkişafına kömək edəcək.
Azvision.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Parisdə görüş zamanı bildirib.

“Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq Rusiya və ABŞ ilə birlikdə tərəflər arasında deeskalasiyaya nail olmaq, birbaşa daxil olmaqla, dialoqun bərpası üçün hər şeyi etmək niyyətindədir”, - Makron deyib.

O vurğulayıb ki, sərhəddəki son hadisələr delimitasiyanın yalnız danışıqlar yolu ilə, güc tətbiq edilmədən həyata keçirilməli olduğunu göstərdi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: NikolPaşinyan  





Xəbər lenti