Bəhreyn Kralı Prezidenti təbrik edib

  01 İyun 2021    Oxunub :359
   Bəhreyn Kralı Prezidenti təbrik edib
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Dost ölkənizin milli bayramı-Respublika Günü münasibətilə Bəhreyn Krallığının Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və firavanlıq diləyirəm”.

Azvision.az

Teqlər: Prezident   Təbrik   Məktub