Daha 475 nəfər koronavirusdan sağaldı

   Daha 475 nəfər koronavirusdan sağaldı
  01 İyun 2021    Oxunub:970
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 132 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 040 nəfər müalicə olunaraq sağalıb, 4921 nəfər vəfat edib, aktiv xəstə sayı 4171 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9649, ötən müddət ərzində isə ümumilikdə 3523638 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti