Peyvənd olunanların sayı açıqlanıb

   Peyvənd olunanların sayı açıqlanıb
  01 İyun 2021    Oxunub:899
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 499 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51 940, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7559 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 312 715, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 404 898, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 907 817 təşkil edir.

Azvision.az



Teqlər: Peyvənd  





Xəbər lenti