Burkina-Fasonun Prezidentindən ölkə başçısına təbrik

   Burkina-Fasonun Prezidentindən ölkə başçısına təbrik
  01 İyun 2021    Oxunub:863
Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kabore Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü mənə Burkina-Faso xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaq üçün gözəl imkan yaradır. Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına sülh, firavanlıq və davamlı tərəqqi arzulayıram.

Əmin olun ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün Sizinlə işləməyə daim hazıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Azvision.az





Teqlər:





Xəbər lenti