“Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəkləyirik” - Ərdoğan

       “Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəkləyirik” -    Ərdoğan
  01 İyun 2021    Oxunub:1111
Bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyəyə səfər edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir İrakli Qaribaşvili arasında təkbətək və geniştərkibli görüş keçirilib. Prezident Ərdoğan və Qaribaşvili birgə keçirdikləri mətbuat konfransında ikitərəfli və regional əməkdaşlığın vəziyyətini və perspektivlərini yüksək dəyərləndiriblər.
Türkiyə ilə Gürcüstan arasında ticarət əlaqələrinin son 14 ildə ən yüksək səviyyəyə çatdığını vurğulayan Ərdoğan, bu hədəfin 3 milyard dollar olduğunu qeyd edib. Həyata keçirilən birgə enerji və nəqliyyat layihələrinin əhəmiyyətini yüksək dəyərləndirən Türkiyə Prezidenti bildirib ki, terrorçuluqla mübarizə, beynəlxalq inteqrasiya, ərazi bütövlüyü məsələləri müzakirə olunub.

Ərdoğan qeyd edib ki, onun ölkəsi Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlıq formatlarını dəstəkləyir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə birlikdə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihələrini xatırladaraq bildirib ki, perspektivdə olan böyük əməkdaşlıq imkanları var.

Bundan əlavə, hər iki lider Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın real nəticələrindən, eləcə də beynəlxalq enerji və nəqliyyat layihələrindən məmnunluqlarını ifadə ediblər.

Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti