Şengen vizalarının verilməsində yeni qaydalar

   Şengen vizalarının verilməsində    yeni qaydalar
  02 İyun 2021    Oxunub:957
Şengen vizasını almaq istəyənlərin şəxsiyyətlərinin, bioqrafiyalarının və Avropa İttifaqına (Aİ) üzv dövlətlərin milli məlumat sistemlərinin qarşılıqlı inteqrasiyasının daha dəqiq yoxlanılması Avropa İttifaqına daxil olmağa icazə verilərkən bütün Şengen zonasına şamil edilir.
Aİ Şurası son iclasında vizaların verilməsi üçün yeni qaydalar qəbul edib. Yeni qaydalar aplikantların yoxlanmasını sərtləşdirməyə və onların arasından miqrasiya qaydalarına riayət etməyənləri və ya bütün zonanın təhlükəsizliyi üçün risk yarada biləcək qanun pozucularını müəyyənləşdirməyə kömək edəcək.

Bu tədbirlər Şengen turist vizaları verilərkən təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlib. Yeni qaydalara əsasən, Şengen vizası almaq istəyənlərin fotoşəkili əvvəlcə deyil, sənədlərin təqdim edildiyi gün çəkilməlidir. Bu qayda 6 yaşından başlayaraq hər kəsə şamil edilir.

Şengen vizası barmaq izləri kimi biometrik məlumatları tələb edir. Bu məlumatlar bazada 5 il ərzində saxlanılacaq və Avropa İttifaqına üzv olan bütün dövlətlərin hüquq-mühafizə orqanlarının həmin bazaya çıxışı olacaq.

Azvision.az


Teqlər: Şengen   Viza  





Xəbər lenti