Dünyada koronavirusla bağlı son vəziyyət

 Dünyada koronavirusla bağlı  son vəziyyət
  02 İyun 2021    Oxunub:976
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 171 milyon 938 min 586 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 575 min 782 nəfərdir. İndiyədək 154 milyon 427 min 901 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutkada 352 685 nəfər koronavirusa yoluxub, 8055 pasiyent dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 136 738 nəfər virusa yoluxub, 610 436 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 28 307 832 nəfərdə virus aşkar edilib. Xəstələrdən 335 104 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 625 572 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 465 312 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 677 172 yoluxma, 109 662 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 256 516 nəfər virusa yoluxub ki, onlardan 47 656-s; dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti