Daha bir şəhidimizin övladı dünyaya gəldi - FOTO

Daha bir şəhidimizin övladı dünyaya gəldi -  FOTO
  02 İyun 2021    Oxunub:1215
Vətən müharibəsi şəhidi Qubat Əliyevin ikinci övladı dünyaya gəlib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, 44 günlük müharibə zamanı şəhid olan Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qubat Əliyevin ikinci övladı dünyaya göz açıb. Körpəyə atasının adı verilib.

Qeyd edək ki, Q.Əliyev ötən ilin sentyabrında könüllü olaraq döyüşə qatılıb. O, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Q.Əliyev Şuşa istiqamətində qəhrəmancasına şəhid olub.

Şəhid noyabrın 11-də Sumqayıtın Şəhidlər Xiyabanında dəfn edilib.



Azvision.az


Teqlər: Şəhid  





Xəbər lenti