Parisdə Paşinyanın kortejinə hücum edildi - VİDEO

  02 İyun 2021    Oxunub :1815
Parisdə Paşinyanın kortejinə hücum edildi -  VİDEO
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Fransaya səfəri etirazla qarşılanıb.

Azvision.az xəbər verir ki, Fransada yaşayan ermənilər ötən gün Parisdə Ermənistan səfirliyi qarşısında aksiya keçirərək Paşinyanın ünvanına ağır sözlər deyiblər.
"Satqın", "Siyasi əxlaqsız” və bu tipli təhqiramiz ifadələr işlədən etirazçılara Fransa polisi müdaxilə etməyib.

Bundan əlavə, Nikol Paşinyanın kortejinə hücum edən etirazçılar avtomobillərin hərəkətinə mane olmağa çalışıblar. Hücum zamanı Ermənistan rəhbərinin xidməti avtomobillərindən birinin güzgüsü sındırılıb.

Qeyd edək ki, Paşinyanın Fransaya səfəri Ermənistanda da birmənalı qarşılanmayıb. Bəzi ekspertlər hesab edir ki, Paşinyan ad gününü Parisdə keçirmək üçün rəsmi səfərini məhz iyun ayının 1-nə salıb.



Tural Tağıyev
Azvision.az

Teqlər: Paris   Paşinyan   Etiraz