Cəsəd qalmaqalı səngimir: Tonoyan və Qasparyan ittiham olundu

  Cəsəd qalmaqalı səngimir:  Tonoyan və Qasparyan ittiham olundu
  02 İyun 2021    Oxunub:874
Qarabağ separatçılarının təhlükəsizlik üzrə keçmiş "müşaviri" Tiqran Abrahamyan hərbçi cəsədlərinin morqda gizlədilməsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, Abrahamyan ölkəsində baş verən biabırçı olayla bağlı keçmiş müdafiə naziri ilə baş qərargah rəisinə suallar ünvanlayıb:

“Daimi olaraq uşaqlarımızın cəsədləri ətrafında yaranan bu dəhşətli vəziyyətlə bağlı müdafiə naziri və silahlı qüvvələrin baş qərargah rəisinin susqunluğunu düşünürəm. Eyni şey müharibə dövründə bu vəzifələrdə çalışmış Onik Qasparyan və David Tonoyana da aiddir. Rəsmi, çoxsəhifəlik hesabatları dinləməyə ehtiyacım yoxdur, bilirsiniz, Səhiyyə Nazirliyi də bunun üçün məsuliyyət daşıyır.



Bu insanlar istər hərbi xidmətə çağırılarkən, istər müqaviləli əsgər, zabit kimi orduya cəlb edilən zaman, istərsə də ehtiyatda olanlar və ya könüllülər müharibəyə qatılarkən cəbhədə idilər və ya sizin əmrinizlə orada qaldılar. Siz həm dinc, həm də müharibə dövründə bu şəxslər üçün cavabdehsiniz.
Paşinyan və onun "dar qrup"u barədə çox şey deyilir. Onlar haqqında hər şey aydındır. Amma bir şey dəqiqdir - müdafiə nazirliyinin və onun rəsmi şəxslərinin susqunluğu yaşanır. Bunu başa düşə bilmirəm.

David Tonoyan, Onik Qasparyan, deyəcək bir sözünüz varmı? Yoxsa düşünürsünüz ki, hazırda həmin vəzifədə deyilsinizsə, oğlanlarımızın bu cür vəziyyətə düşməsinə görə məsuliyyət daşımırsınız? Ancaq sizin sükutunuz haqqınızda hər şeyi deyir”.

Xatırladaq ki, dünən Ermənistanın səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyan ikinci Qarabağ müharibəsində ölən erməni əsgərlərin cəsədlərinin zirzəmidə saxlanılmasına görə, onların ailələrindən üzr istəyib. Nazir bildirib ki, bu, onun səhvidir, çünki qalıqların daşınmasından sonra şəxsən onların lazımi şəraitdə saxlanılması ilə məşğul olmayıb.

Oxşar mövzu:

Ermənistanda gizlədilən cəsədlərin yeni görüntüləri yayıldı

Tural Tağıyev
Azvision.az


Teqlər:





Xəbər lenti