Ombudsman məhkəmədə erməni terrorçularla görüşdü - FOTOLAR

   Ombudsman məhkəmədə erməni terrorçularla görüşdü -    FOTOLAR
  02 İyun 2021    Oxunub:1457
Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə cinayət törətməkdə, humanitar hüquqla müdafiə olunan digər şəxsləri girov saxlamaqda, onlara işgəncə verməkdə təqsirli bilinən iki üzvünün cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında iştirak edib.
Azvision.az xəbər verir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən hazırlıq iclasında Ombudsmanla yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri və media nümayəndələri də iştirak ediblər.



Silahlı qrupun üzvlərinin saxlanıldığı müəssisəyə onların saxlanma şəraitinin, hüquqlarının təmini vəziyyətinin öyrənilməsi məqsədilə Ombudsman tərəfindən bir neçə dəfə başçəkmə həyata keçirilib və bununla bağlı xüsusi hesabatlar hazırlanaraq aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib.




Azvision.az


Teqlər: Ombudsman  





Xəbər lenti