İrəvanda yenə atışma oldu: Ölkə 90-cı illərə qayıdır

 İrəvanda yenə atışma oldu:  Ölkə 90-cı illərə qayıdır
  02 İyun 2021    Oxunub:895
Ermənistanın paytaxtı İrəvanın mərkəzində atışma olub.
Azvision.az bu barədə erməni KİV-lərinə istinadla xəbər verir.

Məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Həmin şəxs kriminal avtoritet Don Piponun adamlarından olub.

Hadisə şahidi, deputat Naira Zöhrabyan bildirib ki, yenidən 90-cı illərə qayıtdığımızı düşünürəm: "Paşinyan hakimiyyəti ölkədə idarəolunmaz xaos yaratdı: kim kimə istəyir atəş açır”.

Zöhrabyan Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanın “Ölkəmizdə bundan sonra heç bir məsələ atəş açmaqla həll olunmayacaq”, fikrini xatırladıb.

Məlumata əsasən, hadisə yerində Rusiya nömrəli avtomobil aşkarlanıb. Qətlin baş verdiyi əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub. Araşdırma aparılır.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Atışma  





Xəbər lenti