“Mkrtiçyan mənə işgəncələr verib” - Əsirlikdə olmuş azərbaycanlı

“Mkrtiçyan mənə işgəncələr verib” -  Əsirlikdə olmuş azərbaycanlı
  02 İyun 2021    Oxunub:1138
"Lüdvik Mkrtiçyan tərəfindən işgəncələrə məruz qalmışam. İndi məhkəmə prosesində Lüdvik Mkrtiçyan məni tanıdı və kim olduğumu da dəqiq bildi".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni əsirliyində işgəncələrə məruz qalan zərərçəkmiş Qərib Rövşənoğlu deyib.
O bildirib ki, əsir götürüləndə Lüdvik Mkrtiçyan tərcüməçi qismində dindirmələrdə iştirak edib: "O, işgəncələr verirdi. İndi yalandan deyir ki, Azərbaycan dilində bilmir, amma o zaman mən əsir düşəndə şəxsən özümlə Azərbaycan dilində danışmışdı”,- Q.Rövşənoğlu bildirib.

Qeyd edək ki, birinci Qarabağ müharibəsində əsir düşmüş Azərbaycan vətəndaşlarına işgəncə verən və onları qətlə yetirən erməni terrorçular Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin məhkəməsi başlayıb.

Oxşar mövzu:

Prokurorluq erməni terrorçuların məhkəməsi ilə bağlı məlumat yaydı

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Erməni   Əsirlik   İşgəncə  





Xəbər lenti