“Çox şükür, oğlumun qanı yerdə qalmadı” - Şəhid atası

 “Çox şükür, oğlumun qanı yerdə qalmadı” -  Şəhid atası
  02 İyun 2021    Oxunub:833
“Eməni terrorçuları indi Azərbaycanda mühakimə olunur. İstintaq prosesində müəyyən qurumlar bizi dəvət etdi. Bu, həm də həmin ermənilərin tanınması üçün vacib idi. Biz də gəldik baxdıq və onları tanıdıq”.
Azvision.az xəbər verir ki, bunu Qarabağda azərbaycanlı əsirlərə işgəncə verən erməni terrorçular Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi zamanı zərərçəkmiş kimi tanınan şəhid atası Xanbala Əsgərov deyib.

X.Əsgərov bildirib ki, Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı, düşməni məhv etdi:

“İndi də terrorçuları ədalət mühakiməsi önünə çıxarıblar. Azərbaycan dövləti onları da terrorçu kimi cəzalandıracaq. Çox şükür, oğlumun qanı yerdə qalmadı”.

Oxşar mövzu:

Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəməsi başladı

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Erməni   Əsirlik   İşgəncə  





Xəbər lenti