İsrailin 11-ci prezidenti seçildi - FOTO

   İsrailin 11-ci prezidenti seçildi -    FOTO
  02 İyun 2021    Oxunub:1038
İsrail Knessetində (ölkə parlamenti-red) yeni prezident seçkiləri keçirilib.
Azvision.az xəbər verir ki, Knessetin plenumunda keçirilən gizli səsvermənin nəicələrinə əsasən, yəhudi dövlətinin 11-ci prezidenti “Soxnut” agentliyinə rəhbərlik edən İsрak Hersoq seçilib. Yeni seçilmiş namizəd iyulun birinci ongünlüyündə İsrailin hazırkı prezidenti Reuven Rivlini əvəz edəcək.



Qeyd edək ki, 2014-cü ildən İsrailin prezidenti olan Reuven Rivlinin səlahiyyət müddəti 9 iyulda başa çatır.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İsrail   Prezident  





Xəbər lenti