“Tövlədə saxlanılan qadın ruhi xəstədir” - AÇIQLAMA

 “Tövlədə saxlanılan qadın ruhi xəstədir” -  AÇIQLAMA
  02 İyun 2021    Oxunub:2225
Tövlədə bağlanaraq saxlanılması haqqında video yayılan 1934-cü il təvəllüdlü Səkinə Həsənova ruhi əsəb xəstəsidir.

Bunu Azvision.az -a açıqlamasında Gədəbəy rayonu, İvanovka kəndinin icra nümayəndəsi Bahəddin Tağıyev deyib. Onun sözlərinə görə, 87 yaşlı qadınla bağlı hüquq-mühafizə orqnaları tərəfindən araşdırma aparılır:
“Qadın ruhi xəstədir, nitq qüsurludur. Ailə qurmayıb. Əslən Daşkəsəndəndir. Əvvəl bacısının yanında qalırdı. Bacısı rəhmətə gedəndən sonra bibisi oğlu Hacıyev Qəzənfərin evində qalıb. Qadın qüsurludur, özünü idarə edə bilmir. Hazırda polis tərəfləri dindirir, araşdırma gedir. Nəticəsi barədə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə ahıl qadının tövlədə bağlanaraq saxlanılmasına dair görüntülər yayılıb. Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb. Həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyən edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Gədəbəy   Qadın  





Xəbər lenti