Rəşad Atakişiyevin xanımına “Şəhid ailəsi üzvü” vəsiqəsi təqdim olundu - FOTO

   Rəşad Atakişiyevin xanımına “Şəhid ailəsi üzvü” vəsiqəsi təqdim olundu -    FOTO
  02 İyun 2021    Oxunub:1639
Silahlı Qüvvələrimizin polkovnik-leytenantı, təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu Rəşad Atakişiyevin ailəsinə “Şəhid ailəsi üzvünün vəsiqəsi” təqdim olunub.
Bu barədə Azvision.az -a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Qeyd olunub ki, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov vəsiqəni şəhidin yoldaşı Könül Hüseynovaya təqdim edib.



Bildirilib ki, qürur mənbəyimiz olan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların qəhrəmanlığı gənclərimizin vətənpərvər ruhda yetişməsində misilsiz rol oynayır. K.Hüseynova göstərilən diqqətə görə minnətdarlığını bildirib.





Xatırladaq ki, 2019-cu ilin iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Məlum olub ki, təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev şəhid olub.

Azvision.az


Teqlər: Rəşad-Atakişiyev  





Xəbər lenti