Agentlikdən çökən yolla bağlı açıqlama - FOTO (YENİLƏNİB)

 Agentlikdən çökən yolla bağlı açıqlama -  FOTO (YENİLƏNİB)
  02 İyun 2021    Oxunub:2049
Səbail rayonu, Şeyx Şamil küçəsində yolun asfalt-beton örtüyündə çökmənin baş verməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bu barədə agentliyin aidiyyəti şöbəsi artıq məlumatlandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, qısa müddət ərzində çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək.

***
15:09


Paytaxtın Şeyx Şamil küçəsinin metronun "İçərişəhər" stansiyasına yaxın hissəsində avtobus dayanacağının qarşısında yol çöküb.

Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Bakı   Yol   Çökmə  





Xəbər lenti