Sanksiyalar qaçılmaz olacaq - Ukrayna XİN

Sanksiyalar qaçılmaz olacaq -  Ukrayna XİN
  02 İyun 2021    Oxunub:736
Belarusun "Belavia" aviaşirkətinin təyyarələri Krım ərazisinə daxil olsa, Ukraynanın sanksiyaları qaçılmaz olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparova bildirib.

“Krımın Rusiya tərəfindən işğalını qanuniləşdirmək cəhdlərinə, qondarma Luqansk və ya Donetsk “xalq respublikaları” ilə əlaqə yaratmaq cəhdlərinə qarşı dərhal hərəkətə keçəcəyik. Belarus hava yollarının bir təyyarəsi belə işğal altındakı Krım ərazisinə düşərsə, sanksiyalar qaçılmaz olacaq”, - Caparova deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ƏminəCaparova  





Xəbər lenti