Peyvənd olunanların sayı açıqlandı

   Peyvənd olunanların sayı açıqlandı
  02 İyun 2021    Oxunub:1123
İyunun 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 54 379 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 876, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 6503 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 367 min 094-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 552 min 774, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 914 min 320 nəfərə çatıb.

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti