"Əsirlikdə olarkən ağır işgəncələrə məruz qalırdıq" - Zahid Həsənov

   "Əsirlikdə olarkən ağır işgəncələrə məruz qalırdıq" -    Zahid Həsənov
  02 İyun 2021    Oxunub:835
Mən 1994-cü il martın 7-də yaralandım və Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində qaldım. Martın 8-də ermənilər gəlib məni həmin ərazidən götürdülər. Əvvəlcə Xankəndidəki hospitala apardılar. Ay yarım müalicə olunduqdan sonra Şuşa həbsxanasına gətirdilər.
Azvision.az xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və onlara qarşı digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə iyunun 2-də Yasamal Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında zərərçəkən qismində dindirilən Zahid Həsənov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, əsirlikdə olduğu müddətdə həm Lüdvik Mkrtiçyan, həm də Alyoşa Xosrovyan tərəfindən ağır işgəncələrə məruz qalıb.

"Təkcə məni yox, bütün azərbaycanlı əsirləri incidir, döyürdülər. Mən hospitalda olanda Alyoşa oraya da gəlirdi və orada da bizi – yaralıları, xəstələri döyürdü”, - deyə Z.Həsənov qeyd edib.

Azvision.az


Teqlər: Erməni   Əsirlik   İşgəncə  





Xəbər lenti