Səmayə Məmmədova nazirlikdəki işindən ayrıldı

  02 İyun 2021    Oxunub :452
Səmayə Məmmədova nazirlikdəki işindən ayrıldı
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti Səmayə Məmmədova vəzifəsindən uzaqlaşıb.
Azvision.az xəbər verir ki, bu barədə S.Məmmədovanın özü məlumat verib.

"21 may 2021-ci il tarixdə öz istəyimlə 14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən ayrılmışam. Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam. Bu 14 il ərzində nazirlik mənim üçün böyük məktəb, ikinci ev, nazirliyin kollektivi isə doğma ailəm oldu. Bir ömür boyu ürəyimdə yaşayacaq nazirim Azad Rəhimov mənim mənəvi atam, dostum, qardaşım, böyük məktəbim, həyatım boyu haqqında qürurla danışacağım doğmam oldu.

Bundan sonrakı dönəmdə də hər kəsə böyük uğurlar, can sağlığı arzu edir, bir daha nazirliyin fəaliyyətində göstərdiyiniz dəstək və dostluğunuz üçün təşəkkürümü bildirirəm!"

Azvision.az

Teqlər: GənclərvəİdmanNazirliyi