“Onlar bizim gələcəyimizdir” - De Byazidən qələbə şərhi

  02 İyun 2021    Oxunub :462
“Onlar bizim gələcəyimizdir” -    De Byazidən qələbə şərhi
“Ağır oyun oldu. Oyunu xilas edə bildik, əziyyətli qələbə qazandıq. Oyunun böyük hissəsinə biz nəzarət edirdik. Nəticədən razı qaldım, amma yenə lazımsız səhvlər etdik. Xoşuma gəlməyən məqamlar oldu. Xüsusən, qol epizodunda böyük səhv buraxdıq. Qapı istiqamətinə 22 zərbə vurmuşuq, amma bunlardan 3-ü hədəfə gedib".
Azvision.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Minskdə Belarusa 2:1 hesabı ilə qalib gəldikləri beynəlxalq yoldaşlıq oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"3 gün öncə Bədavi ilə söhbətimizdə qol vurmağın vaxtı gəldiyini demişdim. Sevindirici haldır ki, fərqlənməyi bacardı. Həyatda hər şeyə inanmaq lazımdır. Əgər inansan, hər şey mümkün ola bilər. Onun yaxşı keyfiyyətləri var. Əsasən standart vəziyyətlər zamanı. O ki qaldı debüt edən və sonradan oyuna daxil olan oyunçulara, çox yaxşı təsir bağışladılar. Onlardan çox razı qaldım. Onlar bizim gələcəyimizdir” - deyə baş məşqçi bildirib.

Azvision.az

Teqlər: DeByazi