“Nikol Putinin təklifini qəbul etsəydi, minlərlə itkimiz olmazdı” - Keçmiş MTX rəhbəri

 “Nikol Putinin təklifini qəbul etsəydi, minlərlə itkimiz olmazdı” -  Keçmiş MTX rəhbəri
  03 İyun 2021    Oxunub:850
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Mikael Hambardzumyan ölkəsinin ağır duruma düşməsinə münasibət bildirib.

Azvision.az xəbər verir ki, o İrəvanın ağır və biabırçı məğlubiyyətdən qaçması üçün şansı əldən verdiyini deyib:
“Nikol Paşinyan Təhlükəsizlik Şurasının 20 oktyabr iclasında müharibəni dayandırmaq üçün Rusiya prezidentindən təklif aldığını demədi. Baxmayaraq ki, Onik Qasparyan və David Tonoyan görüş zamanı qələbə şansımızın olmadığını ətraflı şəkildə izah etmişdilər, "biz uduzuruq" demişdilər".

Keçmiş MTX rəhbərinin sözlərinə görə, Nikol Paşinyan müharibəni bitirmək təklifini qəbul etsəydi, minlərlə erməni hərbçi ölməzdi. Hambardzumyan Qarabağdakı məğlubiyyətə və Ermənistanın verdiyi itkilərə görə, hazırkı hakimiyyətin məsuliyyət daşıdığını xatırladıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Şuşa   Paşinyan   Məğlubiyyət  





Xəbər lenti