Sabirabadda dəhşətli hadisə: Ana və iki uşağı yanaraq öldü

 Sabirabadda dəhşətli hadisə:  Ana və iki uşağı yanaraq öldü
  03 İyun 2021    Oxunub:1505
Sabirabad rayonunun Zəngənə kəndində ümumi sahəsi 230 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1988-ci il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı, 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu və 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Elmin oğlunun yanmış meyitləri aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: Sabirabad   Yanğın   Ev  





Xəbər lenti