Azad edilmiş kənddə 1 tondan çox narkotik aşkarlandı - FOTO

 Azad edilmiş kənddə 1 tondan çox narkotik aşkarlandı -  FOTO
  03 İyun 2021    Oxunub:993
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayonun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində çəkisi 1 ton 200 kiloqram olan 1500 ədəd, Əliağalı kəndində isə çəkisi 20 kiloqram olan 50 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.





Azvision.az



Teqlər: Azad-olunmuş   Ərazi   Narkotik  





Xəbər lenti