İrəvanda Muradovu gözləyirlər - General Moskvadan xəbər gətirir

İrəvanda Muradovu gözləyirlər -  General Moskvadan xəbər gətirir
  03 İyun 2021    Oxunub:1329
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov bu gün İrəvana gələcək.

Azvision.az xəbər verir ki, bu barədə "Joqovurd” qəzeti yazıb.

Məlumata görə, Muradov ötən gün Moskvada Ermənistan, Azərbaycan və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlara iştirak edib. Bildirilib ki, danışıqlarda müzakirə edilən əsas məsələ müharibədən sonra təxribata əl atan diversantların qaytarılması olub:
“Hansı yekun qərara gəlindiyi barədə dəqiq məlumat yoxdur, lakin müsbət bir məlumatın olmadığı deyilir".

General Muradovun Moskva görüşü barədə İrəvanda danışıqlar aparacağı gözlənilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: RüstəmMuradov  





Xəbər lenti