“Nazir Xudafərin körpüsünü partlatmağı vəd etmişdi” - Erməni “Rahib”

 “Nazir Xudafərin körpüsünü partlatmağı vəd etmişdi” -  Erməni “Rahib”
  03 İyun 2021    Oxunub:1290
Ermənistanda "Rahib" ləqəbi ilə tanınan keçmiş döyüşçü Artur Episkoposyan yerli mediaya müsahibəsində diqqətçəkən açıqlama verib.
Azvision.az xəbər verir ki, o, əvvəlcə fövqəladə hallar naziri Andranik Piloyanın yalan məlumatlar yaydığını, daha sonra isə özünə qarşı sui-qəsd hazırlandığını iddia edib.

Keçmiş döyüşçü ona "İjan" alay komandiri Tatul Qazaryan, komandir müavini Armen Ohanyan və Sünik bölgəsindən olan digər hərbçilərin cəsədlərinin evakuasiya edilməsi təlimatı verildiyini bildirib.

Ermənistan hərbçisi sərhəddə minaya düşüb
“Piloyana bıçaq verdim. Çünki o vəd etmişdi ki, mən silah əldə edib Xudafərin körpüsünə gedərək oranı partladacaq və cəsədləri ərazidən çıxaracağam. Siz "İjan" briqadasının məhvinə görə cavab verəcəksiniz. Bu insanlar alaylarımızı, komandirlərimizi məhv etdilər",- deyə məğlub döyüşçü nazirlərlə bağlı ittihamlar irəli sürüb. Lakin o Piloyan barədə hadisənin detallarını açıqlamayıb.

Episkoposyan İrəvana 6 nəfərlik bir qrupun onu öldürmək üçün gəldiyini söyləyib. İddia edir ki, bu xüsusi dəstə "Anna qrupu" (Paşinyanın arvadı nəzərdə tutulur - red.) adlanır.

"Abazyana (MTX direktoru-red.) zəng vurun, o sizə bununla bağlı operativ məlumat verəcək"- deyə "Rahib" Paşinyana qrupun silahlı olduğunu, lakin özünün əliyalın qaldığına eyham vurub.

"Amma kimin kimi aradan qaldıracağını gələcək göstərəcək", - deyə o qeyd edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti