Azərbaycan və Türkiyə generallarının görüşü keçirilir

  Azərbaycan və Türkiyə generallarının görüşü keçirilir
  03 İyun 2021    Oxunub:1925
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir.

Qeyd edək ki, iclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahinin ikinci rəisi korgeneral Selçuk Bayraktaroğludur.

Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan   Hərbi   Dialoq  





Xəbər lenti