Ermənistanda biabırçı olay: Əsgər anasına üçayaqlı cəsəd verdilər

  03 İyun 2021    Oxunub :2173
  Ermənistanda biabırçı olay:  Əsgər anasına üçayaqlı cəsəd verdilər
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Eçmiədzin bölgəsindən döyüşə çağırılmış 41 hərbçidən 30-nun taleyi hələ də məlum deyil.

Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İtkin düşən əsgərin anası Anahit Adoyan bildirib ki, Zəngilanda naməlum şəraitdə ölmüş hərbçilərdən beşinin cəsədi dəfn olunub. Lakin ölən hərbi qulluqçuların valideynləri ekspertizanın nəticələrinə inanmırlar, cəsədlərin övladlarına məxsus olmadığını deyirlər. Valideynlərdən biri oğlunun ölümünə əmin olmaq üçün xarici ölkəyə DNT analizini göndərib.

Adoyan səlahiyyətlilərin digər ölkələrdəki laboratoriyalarla əlbir olduğunu, analizlərə müdaxilə olunduğunu iddia edir. İtkin düşən əsgərin anası morqun zirzəmisində saxlanılan cəsədlər və cəsəd qalıqları barədə danışarkən bəzi faktları açıqlayıb:



"Onlar köhnə tarixlə qeyd edilmiş təzə cəsədlərdir. Çünki bu aylarda belə temperaturda saxlanılan bir cəsəd daha pis vəziyyətdə qalmalıydı. Səlahiyyətli şəxslər insanların bu cəsədləri qəbul etmədiklərini söyləyərək yalan danışdılar. Əgər onlar əsgərin qohumuna ayağını verirsə, bunu necə qəbul edə bilərdilər? Bu cəsədlər bütöv olmalı deyildimi?".

Ədliyyə Nazirliyinin əsgər valideynlərinin identifikasiya cavablarını qəbul etməmələrinə dair şərhinə gəldikdə isə Adoyan qeyd edib ki, "qəhrəman"ları hissələrə bölünmüş şəkildə basdıra bilmirlər. Adoyanın sözlərinə görə, valideynlər tez-tez qalıqların şəxsiyyətinin müəyyən edilməsi zamanı onların nəticələrinin üst-üstə düşməməsi barədə məlumatlar alırlar.



“Kimyaçılarımızdan (Müharibə zamanı Ermənistandan Zəngilana gətirilmiş kimyəvi hücum bölüyü-red.) birinin cəsədi tamamilə komplektləşdirilibmiş. Heratsidə valideyn ona təhvil verilən tabutu açıb və oğlanın üç ayağının olduğunu görüb. Cəsəddə niyə üç ayağın olduğunu soruşduqda isə həmin an müstəntiq və məhkəmə mütəxəssisi ayağın birini götürüb kənara atıb... Bu bir adi cəsəd qalığı yox "qəhrəman" oğlanın cəsədidir".

Anahit Adoyan, həmçinin qeyd edib ki, valideynlər hər dəfə problemləri qaldırdıqda, onları susdurmağa çalışırlar. Şikayətçilər bir neçə gündən sonra eyniləşdirmə cavablarını almağa başlayırlar.

Paşinyan cəsəd qalmaqalına belə münasibət bildirdi

Tural Tağıyev
Azvision.az

Teqlər: Cəsəd   Ermənistan   DNT