Ermənistan morqlarında hərbçilərimizin meyitləri yoxdur - RƏSMİ

 Ermənistan morqlarında hərbçilərimizin meyitləri yoxdur -  RƏSMİ
  03 İyun 2021    Oxunub:1491
İyunun 2-də Ermənistan mətbuatında həmin ölkənin morqlarında saxlanılan meyitlərdən bəzilərinin Azərbaycanın hərbi qulluqçularına aid olması ehtimalı barədə həqiqətəuyğun olmayan fikirlər səsləndirilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında yer alıb.

Məktəblilərin cərəyan nəticəsində ölümü ilə bağlı cinayət işi açılıb
Qeyd olunub ki, Ermənistan səhiyyə nazirliyinin tabeliyində olan morqlarda saxlanılan və kimlikləri məlum olmayan meyitlərin içərisində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə aid hərbi qulluqçu yoxdur. Belə ki, Ermənistan hüquq mühafizə orqanları tərəfindən təyin edilmiş məhkəmə-genetik ekspertizasının (DNT testi) rəyi ilə həmin meyitlərin erməni hərbçilərə məxsus olması müəyyən edilib.

"Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində Azərbaycan Respublikası Baş Prokurorluğunun, Respublika Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin peşəkar əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən intensiv iş aparılır".

Azvision.az



Teqlər: Prokurorluq   DTX  





Xəbər lenti