“Yay fəslinin vaksinasiyaya heç bir aidiyyatı yoxdur” - Təyyar Eyvazov

 “Yay fəslinin vaksinasiyaya heç bir aidiyyatı yoxdur” -  Təyyar Eyvazov
  03 İyun 2021    Oxunub:817
Hazırda Azərbaycanda koronavirusa yoluxma ilə bağlı vəziyyət ötən ilin müvafiq dövrü ilə müqayisədə fərqlidir. Bir il əvvəl may ayında biz xəstəliyə yoluxanların sayında artım müşahidə edirdik. Eyni zamanda, bu dövrdə insanların xəstəliklə bağlı fikirləri, baxışları da dəyişib, maarifləndirmə öz nəticəsini verib. Artıq qış aylarından bəri insanların qızıl qaydalara ciddi əməl etdiyini görürük.
Azvision.az xəbər verir ki, bunu Respublikanın Baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, artıq əhalinin əhəmiyyətli hissəsində infeksiyaya qarşı həssaslıq itib.

“Ötən il əhalinin virusa qarşı həssaslığı 100 faiz idisə, bu gün rəqəm aşağı düşüb. Bu, yoluxub sağalanların və vaksinasiya olunan insanların sayının artması ilə bağlıdır. Biz qaydalara əməl etdikcə və vaksinasiya olunduqca, daha çox yumşalamalara gedə biləcəyik”.

T.Eyvazov bildirib ki, insanlar hər bir fəsildə vaksinasiya oluna bilər: "Yay fəslinin vaksinasiyaya heç bir aidiyyatı yoxdur. Hər kəs könüllü şəkildə peyvənd oluna bilər. Güclü allergik reaksiyası olanlar və əvvəlki peyvəndləri çətin keçirənlər barədə koronavirus peyvəndindən imtina qərarını yalnız mütəxəssis verə bilər. Allergik reaksiyası olan şəxslərin artıq çox hissəsi peyvənd olunub və heç bir əks reaksiyası qeydə alınmayıb”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Vaksinasiya  





Xəbər lenti