Baş infeksionistdən maska xəbərdarlığı: “Yoluxma arta bilər”

 Baş infeksionistdən maska xəbərdarlığı:  “Yoluxma arta bilər”
  03 İyun 2021    Oxunub:1102
“Yumşalma tədbirləri zamanı əhalidə adətən laqeydlik yaranır. Açıq havada maska istifadəsi tələbinin ləğvi məsuliyyət hissini azaltmamalıdır”.
Azvision.az xəbər verir ki, bunu ölkənin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, özünü narahat hiss edən, yaxud evdə xəstə şəxsə baxan insanlar mütləq maskadan istifadə etməlidir:

"Xroniki xəstəliyi olan şəxs istər bazara gedəndə, istərsə də dayanacaqlarda avtobus gözləyərkən özünü qorumaq üçün maska taxmalıdır. Qapalı məkanlarda bəzən maskanın düzgün taxılmaması müşahidə olunur. Maskanı qatlayıb cibə qoymaq və ya qırışdırmaq olmaz. Maskanı xüsusi paketdə saxlamaq lazımdır. Eyni zamanda, nəmlənən maskanın istifadəsi düzgün deyil. Odur ki, maska istifadəsi tələbənin ləğvi arxayanlıq yaratmamalıdır. Yoxsa yenidən yoluxma sayında artım olacaq”.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti