Ermənistanda XİN rəhbəri vəzifəsini kim icra edir? - Anlaşılmaz cavab
“Xarici işlər naziri vəzifəsini digərlərindən daha uzun müddət müavin postunda çalışanlardan biri yerinə yetirir. Hazırda bütün nazir müavinləri öz işlərini icra edirlər”, - açıqlamada bildirilir. Lakin həmin müavinin adı açıqlanmayıb.
Xatırladaq ki, xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan mayın 27-də istefa verib. Mətbuat istefanın səbəbinin Nikol Paşinyanla ziddiyyətlər olduğunu yazıb. Onun ardınca nazir müavini Qaqik Qalaçyan və mətbuat katibi Anna Naqdalyan da istefa veriblər.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan