Rus hərbçiləri Türkiyədən çıxır - Peskov təsdiqlədi

Rus hərbçiləri Türkiyədən çıxır -  Peskov təsdiqlədi
  03 İyun 2021    Oxunub:1155
Türkiyədəki rusiyalı hərbi mütəxəssislər planlaşdırılmış qaydada ölkəni tərk edirlər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun istəyi ilə rusiyalı texniklərin ölkədən çıxarılmasından söhbət gedə bilməz.

“Xeyr, bu, belə deyil. Müvafiq xidmətimiz dünən izahat verdi. Orada Amerika təsiri yoxdur. Bilirsiniz ki, amerikalılar türklərə çox təzyiq göstərirlər, amma Türkiyə tərəfi öz mövqeyini davamlı olaraq qorudu. Oradakı bütün mütəxəssislərimiz planlı şəkildə vətənlərinə qayıdırlar, onlar türk personalının kadr hazırlığını başa çatdırıblar. Bunu ölkədən çıxarılma kimi təqdim etmək doğru deyil və səhv yanaşmadır”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, 2017-ci ildə Rusiya və Türkiyə S-400 kompleksi üçün müqavilə imzalayıblar. Hava hücumundan müdafiə sistemlərinin Türkiyə tərəfinə çatdırılması 2019-cu ilin yay-payız aylarında həyata keçirilib. Razılaşma Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə böhrana səbəb olub. Vaşinqton bunun qarşılığında Türkiyədən Amerikanın "Patriot" komplekslərini almağı tələb edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə  





Xəbər lenti