Matəmin qırmızı rəngi: Səhiyyə naziri geyimi ilə erməniləri ələ saldı - VİDEO

 Matəmin qırmızı rəngi:  Səhiyyə naziri geyimi ilə erməniləri ələ saldı -  VİDEO
  03 İyun 2021    Oxunub:3027
Hamıya məlumdur, qırmızı rəng bayram atmosferinin simvolu, qara isə yas rəngidir. Sivil xalqların yas mərasiminə qırmızı və ya başqa parlaq rəngli paltar geyinərək gəlmək xoş qarşılanmır.
Üstəlik, bu, yuxarı hakimiyyət orqanları üçün bir tələbdir və əlavə olaraq, səlahiyyətli şəxslər ümummilli faciə və yas mərasimində iştirak edirlərsə, geyim kodeksi mütləq nəzərə alınmalıdır.

Ötən gün Ermənistanda baş vermiş bir hadisə qonşu ölkənin nazirlərinin bəzilərinin zehni xəstəlikdən əziyyət çəkdiyi şübhəsini yaradır. Belə ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın sədrliyi ilə keçirilən iclasda 44 günlük müharibə zamanı həlak olan erməni əsgərlərlə əlaqəli mövzular - hələ də ictimaiyyətə açıqlanmayan ölü sayı, onların adları, soyuducu daxil olmaqla müxtəlif qurumların zirzəmilərində plastik torbalarda saxlanılan cəsədlərlə bağlı məsələlər müzakirə olunub. Ancaq iclasda diqqəti bu məsələlərdən daha çox erməni xalqının tibbi təhlükəsizliyindən məsul olan şəxs – səhiyyə naziri öz geyiminə çəkməyi "bacarıb".

Ermənistanın səhiyyə naziri Anait Avanesyan iclasda qırmızı kostyumda iştirak edərək, bununla öz məruzəsi ilə deyil, məhz parlaq görünüşü və libası ilə ətrafındakı kişilərin diqqətini özünə cəlb edib.



Bu görüntüləri izləyəndə, səhiyyə nazirinin iclası toyla, ad günü partisi və ya diskoteka ilə səhv saldığı fikri yaranır. Əgər kənardan bir nəfər, sadə erməni zala baxsaydı, onun ağlına xalqının başına gələn fəlakətə həsr olunmuş ölkənin yüksək rəhbərliyinin iclasından başqa hər şey gələ bilərdi.

Ümumiyyətlə, Anait Avanesyanın səhiyyə naziri olaraq bayram əhval-ruhiyyəli qırmızı geyimdə evdən çıxıb, hökumət iclasına gedərkən nə etdiyini anlamadığına şübhə etmək lazımdır. Sadəcə, Ermənistanda rəhbər şəxslər sıravi ermənilər kimi ölən və ya itkin düşmüş əsgərlərin, onların yaxınlarının taleyinə çox biganədirlər. Avanesyanın xalqın yas içində olduğu bir dönəmdə itkilərin müzakirəyə çıxarıldığı tədbirə toy libasında gəlməsi aşkar şəkildə erməni xalqına hörmətsizlik, onları ələ salmaq deməkdir. Bunun başqa bir izahı ola bilməz.

Azvision.az


Teqlər: AnaitAvanesyan  





Xəbər lenti