Para-atletimiz Polşada qızıl medal qazandı

Para-atletimiz Polşada qızıl medal qazandı
  03 İyun 2021    Oxunub:1498
Polşanın Budqoş şəhərində keçirilən Açıq Avropa Çempionatında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T13 kateqoriyasında iştirak edən Elmir Cəbrayılov medal qazanıb.
Milli Paralimpiya Komitəsindən Azvision.az -a verilən məlumata görə, Elmir Cəbrayılov 400 m qaçış növündə 49.88 saniyə nəticə göstərərək yarışın qızıl medalını qazanıb.

Qeyd edək ki, bu millimiz çempionatda qazandığı 5-ci medalıdır (3 qızıl, 1 gümüş, 1 bürünc - Red).

Daha öncə F53 kateqoriyasında iştirak edən Elvin Astanov nüvə itələmə növündə 8.23 m nəticə göstərərək yarışın qızıl ,T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək yarışın qızıl, T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək yarışın gümüş medalını qazanıb.

Azvision.az


Teqlər:





Xəbər lenti