Azərbaycanda məhkumlar peyvənd olunur - EKSKLÜZİV

Azərbaycanda məhkumlar peyvənd olunur -  EKSKLÜZİV
  04 İyun 2021    Oxunub:1284
Penitensiar müəssisələrdə saxlanılan məhkumların vaksinasiyası ölkə üzrə həyata keçirilən vaksin strategiyasına uyğun olaraq aparılır.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, yaşı 50-dən yuxarı olan məhkumlara artıq ikinci doza vaksinin vurulması yekunlaşmaq üzrədir.

“40 yaşdan yuxarı məhbuslara birinci doza vaksin vurulub. Vaksinasiya strategiyasına uyğun olaraq 18 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi davam edir”, - deyə nazirlikdən verilən məlumatda qeyd olunub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Məhkum   Vaksinasiya  





Xəbər lenti