Çində qatar 9 nəfəri vurub öldürdü

  04 İyun 2021    Oxunub :421
Çində qatar 9 nəfəri vurub öldürdü
Çinin şimal-qərbində Sincan-Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhərindən Xançjou şəhərinə gedən sərnişin qatarı dəmir yolu işçilərini vurub.
Azvision.az xəbər verir ki, bu barədə RİA “Novosti” Çin mətbuatına istinadən məlumat yayıb. Hadisə dəmir yolu xəttinin 401-ci km-də qeydə alınıb. İlkin məlumatlara görə, doqquz işçi ölüb.

Hadisənin digər təfərrüatları açıqlanmır. Axtarış-xilasetmə işləri davam edir, hadisənin səbəbləri araşdırılır.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Çin