“Formula 2”də sərbəst yürüşün qalibi bilindi

“Formula 2”də sərbəst yürüşün qalibi bilindi
  04 İyun 2021    Oxunub:1723
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində iyunun 4-də keçirilən Formula 2 üzrə birinci sərbəst yürüşə yekun vurulub.
Azvision.az -ın məlumatına görə, “Trident” komandasının pilotu Marina Sato 15-ci döngədə qəza törədib. Daha sonra Lirim Zendeli xoşagəlməz halla üzləşib. “MP Motorsport” pilotunun 3-cü döngədə idarə etdiyi bolidin sükanı mexanizmində problem yaşanıb. O, bu səbəbdən idarəetməni itirərək, çıxışını dayandırıb.

45 dəqiqə davam edən yarışda “Hitech Grand Prix” komandasının estoniyalı pilotu Jüri Vips bütün rəqiblərini üstələyərək birinci olub. “Campos” komandasından Ralf Boşunq sərbəst yürüşü ikinci, “Art Grand Prix”un sürücüsü Theo Pourçaire isə üçüncü yerdə başa vurublar.

Oxşar mövzu:

Bu gün Azərbaycan Qran-prisi başlayır

Azvision.az


Teqlər: Formula  





Xəbər lenti