Ermənistanda cəsəd qalmaqalı səngimir: “Günahkar onlardır”

Ermənistanda cəsəd qalmaqalı səngimir:  “Günahkar onlardır”
  04 İyun 2021    Oxunub:1180
Tanınmış erməni ictimai fəal Sona Aqekyan son günlərin gündəminə çevrilmiş morq olayından danışıb.
Azvision.az xəbər verir ki, yerli mediaya açıqlama verən Aqekyan morqun zirzəmisində gizlədilmiş əsgər cəsədlərinə görə, bir çox şəxslərin məsuliyyət daşıdığını bildirib.

Aqekyan bəzi məşhur incəsənət xadiminin adını çəkərək hakimiyyətin müharibə zamanı yalan informasiyalar yayan maşınına çevrildiyini xatırladıb:

“Aram İsabekyan, Serqey Smbatyan, Eduard Topçuyan qışqır-bağır salırdılar ki, biz qələbə qazanırıq, qazanmışıq! Onların hamısı günahkardırlar. Bu basdırılmamış cəsəd qalıqlarına görə həmin “qələbə carçıları” da günahkar sayılırlar. Erməni xalqı bu türk tərəfdarlarını unutmamalıdır”.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağ müharibəsində ölən erməni hərbçilərin plastik torbalara bükülmüş cəsəd və qalıqlarının əks olunduğu fotolar yayılıb. Həmin torbalar tibbi-ekspertiza mərkəzinin Abovyan bölməsinin zirzəmisində yerə səpələnib. Cəsədlərin görüntüləri Ermənistanda ciddi etirazlara səbəb olub.

Oxşar mövzu:

İrəvanda etiraz aksiyası: Nazirin istefası tələb olunur

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Cəsəd  





Xəbər lenti