“Jurnalistlərin ölümünün günahkarı Ermənistan rəhbərliyidir” - Rusiyalı ekspert

“Jurnalistlərin ölümünün günahkarı Ermənistan rəhbərliyidir” -  Rusiyalı ekspert
  04 İyun 2021    Oxunub:2532
Azərbaycanın media nümayəndələrinin Kəlbəcər rayonunda tank əleyhinə minaya düşərək həlak olmalarının günahkarı minalanmış ərazilərin xəritələrini hələ də təqdim etməyən Ermənistan rəhbərliyidir.
Bunu Azvision.az -a açıqlamasında rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib.

Politoloqun sözlərinə görə, İrəvan ilk dəfə deyil ki, beynəlxalq hüquq normalarını pozur, amma hazırkı vəziyyət artıq xaosa çevrilib.

Yevgeni Mixaylov vurğulayıb ki, mina təhlükəsi ilə bağlı məsələ ən yüksək səviyyələrdə Ermənistanın qarşısında qaldırılmalıdır. Rusiyalı politoloq əlavə edib ki, Ermənistan tərəfinin əldə olunmuş razılaşmaları yerinə yetirməməsi, mina xəritələrini təqdim etməməsi Azərbaycan vətəndaşlarının həlak olması ilə nəticələnən faciəli hadisələrə gətirib çıxarır.

“Rusiya, Azərbaycan, Türkiyə və Qarabağ məsələsinin həllində maraqlı olan digər güclər başqa xalqlara qarşı nifrəti təbliğ edən, faşizmi qəhrəmanlaşdıran, öz neofaşist ideologiyası səbəbindən kənarda qalmış Ermənistana təzyiqlər göstərmək üçün tədbirlər görməlidir", - deyə Mixaylov qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olublar.

Oxşar mövzu:

AzTV və AzərTAc-ın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular

Mina partlamasında vəzifəli şəxs də həlak olub

Pərvanə Sultanova
Azvision.az


Teqlər: YevgeniMixaylov  





Xəbər lenti