Ceyhun Bayramov: "Daha çox həyat təhlükə altındadır"

  Ceyhun Bayramov: "Daha çox həyat təhlükə altındadır"
  04 İyun 2021    Oxunub:975
Azərbaycanın Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 2 jurnalist daxil olmaqla 3 sivil azərbaycanlının həlak olmasından dərindən kədərləndim.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tvitterdə yazıb.

“Ermənistanı minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırırıq. Hər gün onlar bundan imtina edirlər və daha çox həyat təhlükə altındadır!",-deyə nazir bildirib.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: CeyhunBayramov  





Xəbər lenti