“Bizə qurd basmış, canavarların yediyi cəsədləri verdilər” - Armen Qorqyan

  “Bizə qurd basmış, canavarların yediyi cəsədləri verdilər” -    Armen Qorqyan
  04 İyun 2021    Oxunub:1497
Ermənistanda morqun zirzəmisində gizlədilmiş hərbçi cəsədləri ilə bağlı qalmaqal səngimək bilmir.
Azvision.az xəbər verir ki, bu gün Ararat bölgəsinin məhkəmə tibbi ekspertizası şöbəsinin müdiri Armen Qorqyan jurnalistlərlə görüşündə ilginc fikirlər səsləndirib. O deyib ki, ekspertlər yeni cəsədlər üzərində çalışmayıblar.

Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini paralel yerləşdirəcək
"Biz hamımız döyüş meydanında qalmış, heyvanlar tərəfindən parçalanmış, torpaqdan çıxarılan cəsədlərlə məşğul olduq", - deyən Qorqyanın sözlərinə görə, təzə cəsədlər onların əlinə yalnız müharibənin ilk 1-2 günündə gəlib çıxıb.

"Bütün cəsədlər həddindən artıq parçalanmış, deformasiyaya uğramış, yumşaq toxumaların və daxili orqanların çatışmazlığı ilə bizə gətirildi. Cəsədlər tamamilə qurd sürfələri ilə örtülü idi",-deyə şöbə müdiri bildirib.

Qorqyan əsgər cəsədlərinin çoxunun tanınmaz halda olduğunu söyləyib:

"Bizə tam halda cəsədlər çatdırılmadı. Çürümüş, milçəklər, böcəklər, qurdlar və canavarlar tərəfindən yeyilən cəsədlərimiz var. Yalnız ortada onların qalıqlarıdır. Bunlar heç bir kimyəvi işləmələrə məruz qalmamış insan skeletləridir".

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Cəsəd  





Xəbər lenti