Türkiyədə yeni qaz yatağı kəşf edildi

   Türkiyədə yeni qaz yatağı kəşf edildi
  04 İyun 2021    Oxunub:1204
Türkiyə Qara dənizdə 135 milyard kubmetrdən çox qaz ehtiyatı olan yeni yataq aşkarlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, "Fatih” qazma gəmisi “Amasra-1” yatağında həcmi 135 milyard kubmetrdən çox olan qaz yatağını aşkar edib.

Qeyd edək ki, ötən ilin iyul ayında "Fatih" gəmisi vasitəsilə Qara dənizdə Türkiyə tarixində ən böyük qaz yatağı (405 milyard təbii qaz ehtiyatı) kəşf edilmişdi.

Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti