Azərbaycan neftinin qiyməti 72 dolları ötdü

Azərbaycan neftinin qiyməti 72 dolları ötdü
  05 İyun 2021    Oxunub:1627
Dünya birjalarında neft qiymətləri bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,58 dollar artaraq 71,89 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,81 dollar bahalaşaraq 69,62 dollar olub.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,68 dollar artaraq 72,48 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti